SON XƏBƏRLƏR

Musza Bərzin, Əhməd Riyazi və Abdullah Səduqi azadlığa buraxılıblar

2021.10.20, 07:36
Musza Bərzin, Əhməd Riyazi və Abdullah Səduqi azadlığa buraxılıblar

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəallar Musa Bərzin Xəlifəlu, Əhməd Riyazi Mübarəki və Abdullah Səduqi Təbrizin mərkəzi zindanından azadlığa buraxılıblar.

 

Musza Bərzin və Əhməd Riyazi təxminən 100 dollarlıq (100 milyon tümənlik) və Abdullah Səduqi təxminən 40000 dollarlıq (40 milyon tümənlik) mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti azadlığa buraxılıblar.

 

Noyabrın 19-da (abanın 28-də) sərbəst buraxılan milli-mədəni fəalları 10-larla soydaşımız zindanın önündə qarşılayıblar.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəallar avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində İftar mərasimi zamanı tutulan milli-mədəni fəallardandırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar