SON XƏBƏRLƏR

Bərhəm Saleh: “Amerikanın İrana qarşı sanksiyalarının yükü İraqın çiyninə düşməməlidir”

2021.10.20, 07:36
Bərhəm Saleh: “Amerikanın İrana qarşı sanksiyalarının yükü İraqın çiyninə düşməməlidir”

Gunaz.tv

GünAzTV: İraq prezidenti Bərhəm Saleh noyabrın 11-də jurnalistlərə açıqlamasında Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalardan və Bağdadla Tehran arasındakı münasibətlərdən danışıb.

 

O bildirib ki, Vaşinqton İraqın hazırkı iqtisadi və siyasi durumunu və onun hökumətinin özəl şəraitini nəzərə almalıdır: “Biz, Amerikanın İrana qarşı sanksiyaları xüsusunda Vaşinqtonla müzakirə apamağa hazırıq. Lakin Vaşinqton da bizim indiki özəl və həssas şəraitimizi, üz-üzə qaldığımız problemləri nəzərə almalıdır. Hesab edirik ki, Amerikanın İrana qarşı sanksiyalarının yükü İraqın çiyninə düşməməlidir. Daha doğrusu, biz ölkəmizin bir daha bu yükü daşımasını istəmirik.

 

İraqın İranla yaxşı münasibətləri var. İraq xalqı öz qonşuları ilə, o cümlədən də körfəz ölkələri ilə yaxı münasibətlərini qoruyub saxlamaq istəyir. İraq xarici əlaqələrdə öz müvazinətini qorumağa çalışır. Biz ölkə infrastrukturunu və iqtisadiyyatımızı yenidən bərpa etmək istəyirik. Bu isə elə bir şeydir ki, yalnız İran ətrafında gedən keşməkeşli olaylardan uzaq qalmaqla reallaşa bilər”.

 

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

 

Vaşinqton rəsmi Bağdada müvəqqəti güzəştə gedərək bildirib ki, İraq 45 gün müddətinə İrandan elektrik və təbii qaz idxalını davam etdirə bilər. Bir şərtlə ki, aldığı malların pulunu dollarla ödəməsin.

 

 A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar