SON XƏBƏRLƏR

3 gün öncə Təbrizdə tutuqlanan milli-mədəni fəalların adları açıqlanıb

2021.10.20, 07:36
3 gün öncə Təbrizdə tutuqlanan milli-mədəni fəalların adları açıqlanıb

Gunaz.tv

GünAz TV: Noyabrin 18-i (abanın 27-i)  bir qrup milli-mədəni fəal Təbrizdə yeni azadlığa buraxılmış azərbaycanlı fəalın görüşünə gediblər.

 

Onlar Mustafa Əvəzpurun evindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıblar.

 

Tutulanların kimliyi yenicə müəyyənləşib:

-         Münirə Mehryar

-         Behnam Anaxatun

-         Behruz Kazemi İsfəncani

-         Aydın Baqirzadə

 

Xatırladaq ki, Avqustun 24-ü (şəhrivərin 2-i) iftar mərasimi zamanı tutulan azərbaycanlı fəalların bir neçəsi noyabrın 17-də (abanın 26-də) azadlığa buraxılıblar. Mustafa Əvəzpur azadlığa buraxılan azərbaycanlı fəallardan biridir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar