SON XƏBƏRLƏR

Milli-mədəni fəal Səid İbrahimzadə azadlığa buraxılıb

2021.10.20, 07:36
Milli-mədəni fəal Səid İbrahimzadə azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Səid İbrahimzadə mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb.

 

GünAz TV mətbuat mərkəzinin "Təbriz Səsi"-nə istinadən yaydığı məlumata görə, Noyabrın 20-də (abanın 29-da) azadlığa buraxılan milli-mədəni fəal təxminən 10000 dollarlıq (10 milyon tümənlik) mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Xatırladaq ki, İbrahimzadə şəhrivərin 12-də Urmu Gölü ilə bağlı keçirilən kütləvi etiraz yürüşü zamanı, Təbrizin Rasta küçəsində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb və bir müddət ETTELAATda işgəncə olduqdan sonra Təbriz zindanının Mali bölümünə köçürülmüşdür.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar