SON XƏBƏRLƏR

Ceyms Cefri: “İranın regional rolunda köklü dəyişiklik əmələ gəlməyincə, İŞİD-i məğlubiyyətə uğratmaq mümkün olmayacaq”

2021.10.20, 07:36
Ceyms Cefri: “İranın regional rolunda köklü dəyişiklik əmələ gəlməyincə, İŞİD-i məğlubiyyətə uğratmaq mümkün olmayacaq”

Gunaz.tv

GünAzTV: ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Cefri, noyabrın 14-də jurnalistlərə açıqlamasında İranın bölgədə, xüsəsən də Suriyada yürütdüyü siyasətindən və İŞİD terror qruplamasından danışıb.

 

O bildirib ki, İŞİD qruplaşması yaxın bir neçə ayda tam məğlubiyyətə uğrayacaq və Amerikanın başçılıq etdiyi müttəfiq koalisiya qüvvələri tez bir zamanda Suriyada İŞİD-in nəzarətində olan son əraziləri terrorçulardan azad edəcəklər: “Lakin hesab edirik ki, Suriyaya hakim rejimin mahiyyətində və İranın regional rolunda əsaslı və köklü dəyişiklik əmələ gəlməyincə, İŞİD-i tam məğlubiyyətə uğratmaq mümkün olmayacaq.

 

Düşünürük ki, İran Amerikanın regional müttəfiqlərinə qarşı bir təhdiddir. İranın Suriyadakı hərbi qüvvələrini bu ölkədən çıxmağa məcbur etmək Amerika hərbçilərinin işi və vəzifəsi deyil. Lakin bu mövzu, Suriyadakı sülh prosesinin nəticələrindən biri olmalıdır. Hesab edirik ki, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyalar, sonunda İranı Suriyanı tərk etməyə vadar edəcək”.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar