SON XƏBƏRLƏR

Seyf əl-İslam Qəddafi həbs edilib

2021.10.20, 07:36
Seyf əl-İslam Qəddafi həbs edilib

Gunaz.tv

GünAz TV: Liviyanın (Libi) keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi həbs edilib. Bunu Liviya Milli Keçid Şurasının nümayəndələri bəyan ediblər.

 

GünAz TV mətbuat mərkəzinin “Anspress”-ə istinadən yaydığı məlumata görə, Liviyanın yeni hərbi komandanlığı (fərmandehi) paytaxt Tripolidə (Trablos) mətbuat konfransı keçirərək, Seyf əl-İslam Qəddafinin ölkənin cənubundakı Ubari ərazisində ələ keçirildiyini açıqlayıb. Həbs olunduqdan sonra Seyf əl-İslamın Zintan şəhərinə aparıldığı bildirilir. Bəzi məlumatlara görə, keçmiş Liviya liderinin oğlu Nigerə qaçmağa çalışarkən 2 yaxın adamı ilə birlikdə ələ keçirilib.

 

Beynəlxalq Cinayət Məhkəməsi iyunda (June) Müəmmər Qəddafi, Seyf əl-İslam Qəddafi və sabiq kəşfiyyat rəhbəri Abdulla əs-Sənussinin həbsinə order (sifariş) vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar