SON XƏBƏRLƏR

Əli Əkbər Salehinin İsveçrəyə səfərinə qadağa qoyuldu

2021.10.20, 07:36
Əli Əkbər Salehinin İsveçrəyə səfərinə qadağa qoyuldu

Gunaz.tv

GünAz TV: İsveçrə hökumətinin sanksiya (təhrim) tətbiq etdiyi iranlılar arasında İran İslam Respublikasının (Cümhuriyyət) xarici işlər naziri Əli Əkbər Salehi də varmış.

Sanksiyaya əsasən, bundan sonra Salehinin İsveçrəyə səfəri yasaq edilir.

Noyabrın (November) 18-də İsveçrə hökuməti İrana qarşı sanksiyaları gücləndirən qərar qəbul edib. 111 şirkətə və 5 nəfərə sanksiya qoyulub. Sanksiyaya məruz qalanlar arasında İranın Atom Enerjisi Təşkilatının nümayəndələri var. Əli Əkbər Salehi xarici işlər nazir olmamışdan qabaq İran Atom Enerjisi Təşkilatına rəhbərlik edib.

Sanksiyalar əsasən ikitəyinatlı malların, həmçinin nüvə silahının yayılması baxımından riskli hesab edilən avadanlıqların (təchizat), texnologiyaların (teknoloji) və proqram təminatının göndərilməsinə, əldə olunmasına qadağanı nəzərdə tutur.

Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslərin vəsaitlərinin dondurulması da nəzərdə tutulur. Media forum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar