SON XƏBƏRLƏR

Amerika İrana ultimatum verib

2021.10.20, 07:36
Amerika İrana ultimatum verib

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İrana ultimatum verərək Tehrandan 2012-ci ilin baharına qədər nüvə proqramını bağlamağı tələb edib.

 

Vaşinqton əks təqdirdə İrana zərbə vurmağa hazırlaşan İsraili saxlaya bilməyəcəyini bəyan edib. Yazıda qeyd edilir ki, 2012-ci ilin baharında ABŞ qoşunları İraq ərazisini tərk edəcəklər və artıq İraq səmasından keçmək üçün Təl-Əvivə Vaşinqtondan icazə almaq lazım gəlməyəcək. Bu barədə Modern.az NEWSru Israel portalına istinadən xəbər yayıb.

 

ABŞ xüsusi xidmətindəki mənbələrə istinadən sayt bildirir ki, İsrail İranın nüvə obyektlərinə (təsisat) hücum zamanı təkcə raket zərbələri ilə kifayətlənməyəcək. İsrail hücum zamanı ölkənin elektrik təminatını, interneti, mobil rabitə və elektron komunikasiya (irtibatlar) sistemini sıradan çıxarmağı planlaşdırır (tərhini tökür).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar