SON XƏBƏRLƏR

İranda dövlət məmurları bir-birlərinə odlu silahdan atəş açıblar

2021.10.20, 07:36
İranda dövlət məmurları bir-birlərinə odlu silahdan atəş açıblar

Gunaz.tv

GünAz TV: İranda dövlət məmurları arasında silahlı hadisə baş verib.

 

Dünən axşam saatlarında İranın Sənaye, Mədənlər və Ticarət Nazirliyinin Tehran əyaləti üzrə ticarət, mədənlər və sənayə təşkilatnın rəhbəri Yədullah Sadiqiyə sui-qəsd olunub. Bu barədə İranın "Şərq" qəzeti məlumat verib.

 

Qəzetin məlumatına əsasən, təşkilat rəhbəri Yədullah Sadiqi müavinini işdən uzaqlaşdırdığı üçün onun tərəfindən güllələnib. Belə ki, ötən gün rəis və müavin arasında hadisə yaranıb və müavin silah çəkərək öz rəisini vurub. Şahidlərin sözlərinə görə, güllə Yədullah Sadiqinin çənəsinə dəyib.

O hazırda xəstəxanadadır və vəziyyəti qənaətbəşxdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar