SON XƏBƏRLƏR

İrana BMT yetkililəri göndərilə bilər

2021.10.20, 07:36
İrana BMT yetkililəri göndərilə bilər

Gunaz.tv

GünAz TV: Beynəlxalq Atom Energetikası Agentliyi Tehranın nüvə proqramının hərbi müstəvisi ilə əlaqədar narahatlıqlara cavab olaraq bu ölkəyə yüksək səviyyəli missiyanın (mission) ezam olunmasını təklif edib.

 

Beynəlxalq Atom Energetikası Agentliyinin (MAQATE)  rəhbəri Yukiya Amano deyib ki, bununla bağlı təklif artıq İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbərinə təqdim olunub. Bu barədə Lent.az  “mignews.com” saytına istinadən xəbər yayıb.  

 

Missiya İranın nüvə proqramı ilə bağlı yaranmış mürəkkəb vəziyyəti müzakirə etməlidir: “Biz ümid edirik ki, yaxın vaxtlarda bütün detallar (cüziyyat)  razılaşdırılacaq və səfər baş tutacaq. Missiyanın məqsədi MAQATE-nin son hesabatında qaldırılan məsələləri həll etməkdir. Mən İrandan MAQATE ilə şərtsiz əməkdaşlıq etməyə başlamağı və nüvə proqramının mümkün hərbi xarakterini (mahiyyət) aydınlaşdırmağı xahiş edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar