SON XƏBƏRLƏR

Əsəd tərəfdarları ərəb dövlətlərinin səfirliklərini darmadağın ediblər

2021.10.20, 07:36
Əsəd tərəfdarları ərəb dövlətlərinin səfirliklərini darmadağın ediblər

Gunaz.tv

GünAz TV: Ərəb Dövlətləri Liqası (ərəb ittihadiyyəsi) artıq 3 gündən sonra Suriyaya müşahidəçilər göndərməyə hazırdır. Bu barədə "Əl Ərəbiyyə" telekanalı məlumat yayıb.

 

Bunun üçün Dəməşq müşahidəçilərin fəaliyyət şərtləri barədə protokolu imzalamalıdır. Suriyaya müşahidəçi göndərmək barədə qərar Ərəb Dövlətləri Liqası (ƏDL) tərəfindən noyabrın (November) 14-də qəbul edilib. Təşkilatın baş katibi Nebil əl Ərəbi Qahirədə ərəb qeyri-hökumət təşkilatları ilə keçirdiyi görüşdə aralarında hərbçilərin də olacağı "Həqiqətləri müəyyən etmə" komitəsinin 500 nəfərlik heyətinin Suriyaya göndərilməsi məsələsində razılığa gəlindiyini bildirib.

 

Suriya paytaxtında nümayişçilər Mərakeş, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin səfirliklərinə hücum edib. Bu barədə Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, hücum edənlər hökumətyönümlü qüvvələri təmsil edib. Səfirliklər darmadağın edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar