SON XƏBƏRLƏR

Frans Press Agentliyi: "İrana qarşı qətnamə hazırlana bilər"

2021.10.20, 07:36
Frans Press Agentliyi: "İrana qarşı qətnamə hazırlana bilər"

Gunaz.tv

GünAz TV: İranın nüvə probleminin tənzimlənməsi üzrə Rusiya, Çin, ABŞ (Amerika Birləşmiş Ştatları), Fransa, Böyük Britaniya və Almaniyadan ibarət vasitəçilər "altılığı" Tehrana qarşı qətnamə layihəsinin hazırlanmasında razılıq əldə etməyə yaxındır.

 

Bu qətnamə layihəsi isə Pekin və Moskvanı da razı salacaq. Bu barədə "Frans Press Agentliyi" diplomatik mənbələrə istinadən xəbər verir. Avstriyanın (Otriş) paytaxtı Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) idarəedici şurası 2-günlük iclasına başlayır.  İclasda İranın nüvə proqramına dair agentliyin (ajans) hesabatı müzakirə olunacaq. Həmin hesabatda atom enerjisi agentliyi İranın 2003-cü ilədək nüvə silahının hazırlanması üzrə iş gördüyünü və bu cür işlərin bu gün də görülə biləcəyini qeyd edir. "Beynəlxalq Atom Enerjisi Agentliyinin yeni qətnaməsi isə İranı agentliklə intensiv (şiddətli) dialoqa və öz öhdəliklərini tamamilə yerinə yetirməyə çağıracaq." - bunu Qərb ölkələrinin maraqlarını təmsil edən diplomatlardan biri deyib.

BAEA-nın hesabatının 1000 səhifədən çox olduğu, burada 10 ölkədən kəşfiyyat və digər məlumatların, eləcə də agentliyini öz məlumatlarının yer aldığı bildirilir. Hesabatın surətləri artıq BAEA-nın idarəedici şurasının və BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının üzvlərinə göndərilib. Hesabatdan parçalar mətbuatda dərc edildikdən onra ABŞ, Fransa, Almaniya və Böyük Britaniya İrana qarşı sanksiyalaraın (təhrim) sərtləşdirilməsinin vacibliyini vurğulayıb. Rusiya isə İranın nüvə proqramına dair problemin həllinin yeganə yolunun "5+1" ölkələri ilə İran arasında nüvə danışıqlarının bərpasının olduğunu hesab edir. Bu yaxınlarda Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, İrana qarşı sanksiya tədbirləri öz əhəmiyyətini itirib və problemi yalnız "altılıq" çərçivəsində diplomatik yolla həll etmək lazımdır. Həftə içi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar