SON XƏBƏRLƏR

İran mətbuatında türklərə qarşı növbəti təhqir

2021.10.20, 07:36
İran mətbuatında türklərə qarşı növbəti təhqir

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin mətbuatının türk millətinə qarşı təqiramiz yazılarının ardı kəsilmir. Bu hadisə nə qədər mühüm olsada, İranda adi bir hala çevirilib.

 

Bu dəfə sıra din, məzhəb və ədalətdə iddialı olan “Cavan” nəşriyyəsindədir.

 

“Сavan” nəşriyyəsində dərc olunmuş olduqca təhqiramiz yazını olduğu kimi təqdim edirik:

 

"Taksiyə oturunca möhlət vermədən, o qəliz azəri ləhcəsi ilə sözə  başladı: Mən gərək özüm haqda sizə danışam. Yaxşı qulaq asın, mən özəl birisiyəm, mənim kimisi tapılmaz. 10 milyonun içində ancaq 2 nəfər mənim kimi tapılar, 3 nəfər yox ha ancaq 2 nəfər!

Sonda öz boynuyoğunluğundan və zorbalığından danışdı, Pəhləvam olduğundan və Fili yerə yatırtdığından! Məxmər papaqlı, və burma bığlı cavanlıq şəkilini bizə göstərdi. Dedi ki, dünyada nə qədər xilaf iş varsa mən onu etmişəm, ancaq heç vaxt siqaret çəkməmişəm! Elə ona görədə bu dəqiqə sağlamam!! Sonra əfsanəvi sərvətindən, ev, mülk, mağaza, pul-paradan və indi isə bir qəpiyədə sahib olmamasından danışdı. Nəhayət aydın oldu ki universitetdə qarovul işləyibdir.

Sonda dedi ki, daha heçnəyim yoxdur. Getdim cərrahi əməl etdim və həkim mənə dedi ki, qarnıma 27 tikiş atib. Dedi ki, əgər azəri olmasaydı cərrahi əməldən qurtulmazdın! - Yəqin ki həkim gördüyü işi yaxşı bilirmiş, elə ona görədə xəstənin diri qalmasından təəccüblənib.

Hərhalda marağlı adam idi, olmadığı şeylərlə fəxr edirdi, təkcə sahib olduğu və onunla fəxr etdiyi şey, qarnındakı 27 tikiş idi.

Taksidən  düşdüm, ama o hələdə çıxış edirdi. Qiyafəsini hələdə xatırlayıram. Bunu dedim ki sizdə o göpçudan feyzyab olasınız."

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar