SON XƏBƏRLƏR

Azərbaycanlıların Etiraz Göstərisi "Kanal K" ekranında – VİDEO

2021.10.20, 07:36
Azərbaycanlıların Etiraz Göstərisi "Kanal K" ekranında – VİDEO

Gunaz.tv

GünAz TV: iki gün öncə Qardaş ölkə Türkiyəyə sığınmış bir qrup azərbaycanlı, Nevşihirdə İran rejiminin antitürk və antiazərbaycan siyasətinə qarşı etiraz göstərisində bulundular.

 

Əllərində azərbaycanlı siyasi məhbuslar və son hadisələrdə tutulanların şəkillərini tutan soydaşlarımız, İranın Urmu Gölünü qurutma siyasətini şiddətlə qınayıb və azərbaycanlı siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər.

 

Etiraz göstərisinin sonunda azərbaycanlı fəal Elyas Yekanlı, yerli əhalini Güney Azərbaycanın qarşılaşdığı problemlərlə tanış etmək məqsədi ilə mətn oxuyub.

 

Məlumata görə, etiraz yığıncağı yerli əhali və medianin xüsusi diqqətini çəkib. kanal K ekranında nümayiş etdirilən Etiraz Göstərisini, aşağıdakı LİNKdən izləyə bilərsiniz:

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar