SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Rəsul Bədəli 3 günlük məzuniyyətə buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Rəsul Bədəli 3 günlük məzuniyyətə buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Rəsul Bədəli dünən (noyabrın 17-i , abanın 26-ı) həbsxxanadan 3 günlük məzuniyyətə (mürəxəsi) buraxılıb.

 

Xatırladaq ki, azərbaycanlı milli-mədəni fəal 2010-cu il oktyabr ayının 5-də (Mehr ayının 13-ü) yaxalanıb və həbs cəzasına dair məhkəmə hökmünün icrası üçün Təbriz zindanına yollanılıb.

 

 Bədəli qardaşı Əli Bədəli ilə birlikdə öz ata evində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları tərəfindən tutuqlanıb və 2 ay həbsdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.

 

 Təbriz İnqilab Məhkəməsi 2009-cu ilin dekabr ayında (1388-ci ilin Azər ayı) Rəsul Bədəlini 2 il azadlıqdan məhrum edib. Bir müddət sonra məhkəmə hökmü Apelyasiya Məhkəməsi (Dadqahe Təcdide Nəzər) tərəfindən də təsdiqlənib.

 

Rəsul Bədəli milli təhlükəsizliyin əleyhinə fəaliyyət göstərmək məqsədi ilə bir yerə toplaşmaqda ittiham edilib. Məhkəmə, Bədəlinin Bildiriş yayaraq azərbaycanlıları Təbrizin Təxti satdionuna çağırıb və sabiq prezident Məhəmməd Xatəminin türklərə qarşı təhqiredici lətifəsinə qarşı etiraz düzənləməsini, ittihama səbəb kimi göstərib.

 

Adini çəkdiyimiz milli-mədəni fəal bir müddət öncə də Şəbistər şəhərinin Peyame-Nur univbersitetindəndə uzaqlaşdırılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar