SON XƏBƏRLƏR

İftar mərasimi zamanı tutulanların bir neçəsi azadlığa buraxılıb

2021.10.20, 07:36
İftar mərasimi zamanı tutulanların bir neçəsi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Dünən (noyabrın 17-i , abanın 26-ı) iftar mərasimi zamanı tutulanların bir neçəsi mülki vəsiqə qarşılığında azadlığa buraxılıblar.

 

Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmu Gölü preoblemini müzakirə edərkən tutuqlanan təxminən 30 nəfərdən 9-ü azadlığa buraxılıb. Onların hər biri təxminən 50000 və 100000 dollarlıq (50 və 100 milyon tümənlik) mülki vəsiqə qarşılığında sərbəst buraxılıblar.

 

Onlar, milli-mədəni fəallar və öz yaxınları tərəfindən təntənə ilə qarşılanıblar.

 

Azadlığa buraxılan azərbaycanlı fəalların kimliyi bunlardan ibarətdir:

-         Mustafa Əvəzpur

-         Murtaza Əvəzpur

-         Vəhid Şeyxbəyli

-         Əziz Purvəli

-         Musa Bərzin Xəlifəlu

-         Cəmişid Zarei

-         Mahmud Fəzli

-         Həsən Ərk

-         Mehdi Nuri

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar