Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Federal Təhqiqatlar Bürosu (FTB) İranın Azərbaycan prezidenti İlham Əliyevi devirməyə yönələn təhlükəli planlarının (tərh) üstünü açıb.
Bu barədə ABŞ-ın “Fox 11" on-layn telekanalı FTB-nin məlumatlarına istinadən xəbər yayıb. Xatırladaq ki, İranın Azərbaycan da daxil olmaqla bir neçə ölkədə siyasi qətllər planlaşdırdığı və FTB-nin bu planların üstünü açdığı barədə telekanal ötən həftəsonu anons vermişdi. Telekanal bu sensasion (cəncali) planının detallarını (cüziyyat) noyabrın (November) 14-də Bakı vaxtı ilə gecə saatlarında yayıb. Vesti.az xəbər verir ki, İran xüsusi xidmət orqanları və bu ölkənin dini rəhbərliyinə yaxın çevrələr Azərbaycanda 2012-ci ildə iki səs-küylü terror aktı və bir siyasi qətl həyata keçirməyə hazırlaşıb. “Plana görə, bir-birinin ardınca törədilməli olan bu hadisələr ölkədə ajiotaj, panika (qorxu, vəhşət) yaranmasına, əhali arasında etirazların baş qaldırmasına xidmət etməli idi” - deyə, telekanal bildirib.
FTB-nin İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) agentlərinin (amil, casus) planlarını (tərh) necə ifşa etməsinə həsr edilmiş proqramda deyilir ki, Tehran bu planları həyata keçirmək üçün meksikalı narkotik (müxəddir) tacirləri ilə işbirliyinə gedib. Lakin planların üsü FTB tərəfindən açılıb. FTB müəyyən edib ki, İranın Azərbaycanda həyata keçirməyə hazırlaşdığı terror aktları və siyasi qətl ölkədə kütləvi iğtişaşlara təkan verməli, narazılığı artırmalı idi.
“Nəticədə ölkədə sabitlik pozulmalı idi. Əgər iranlı agentlərin planı reallaşsa, bu halda dövlət başçısı nüfuzunu itirməli və istefa verməli idi” deyə, proqramda bildirilir. “Fox 11" qeyd edir ki, Azərbaycandakı siyasi qətli İran ayətullahlarına yaxın çevrələr təşkil edib.
Lakin bu qətlin qurbanı olaraq kimin seçildiyi göstərilmir. Bununla belə, planda həmin siyasi qətlin ölkədə kütləvi etirazlara, iğtişaşlara hesablandığı nəzərə alınarsa, təxmin etmək olar ki, İranın öldürməyə hazırlaşdığı siyasi fiqur məhz müxalifət liderlərindən biri olub. “Fox 11" qeyd edir ki, İran hakimiyyətinin təmsilçiləri İsrailin Azərbaycanın vasitəsilə Tehrana qarşı intensiv (şiddətli) şəkildə kəşfiyyat informasiyaları topladıqlarına inanırlar. ”Sirr deyil ki, plana görə, Azərbaycanda törədiləcək terror aktlarından sonra İrandan azərbaycanlı “qardaşları” mövcud hakimiyyəti devirməyə çağırmaq nəzərdə tutulurdu" deyə, telekanal qeyd edir.
(Yada salaq ki, son vaxtlar İran hakimiyyətinin təmsilçiləri və ayətullahları açıq şəkildə Azərbaycanda hakimiyyəti devirməyə yönələn çağırışlar edir, ölkə rəhbərliyini hədələyirlər).
Bildirilir ki, Azərbaycanda xaos yaradılmasına və hakimiyyət çevrilişi planında yer alanlardan biri “Hizbullah”ın Təbriz bölməsinin rəhbəri Höccətülislam Ruhulla Becanidir. Məlumata görə, planın həyata keçirilməsi Təbrizdəki Azərbaycan konsulluğunun binası qarşısında etiraz aksiyaları ilə başlamalı idi. Qeyd edək ki, “Hizbullah”ın İran qolu olan “Hizbullah Ənsari” təşkilatı noyabrın 1-də xəbərdarlıq yayaraq bildirmişdi ki, noyabrın 4-də, ABŞ-ın Tehrandakı səfirliyinin tutulmasının ildönümündə Azərbaycanın Təbrizdəki konsulluğunun binası qarşısında aksiya keçirərək binanı tutacaqlar. Xəbərdarlığı yayan da məhz təşkilatın Təbriz nümayəndəliyinin baş katibi olan Höccətülislam Ruhulla Becani idi.
R.Becani demişdi ki, Təbriz gəncləri sionizmin istiqaməti ilə icra olunan Azərbaycanın anti-islami siyasətinə etiraz olaraq bu respublikanın (cümhuriyyət) Təbrizdəki baş konsulluğunun fəaliyyətini dayandıracaq, işçilərini binadan çıxaracaqlar: “Alim və böyük şəxsiyyətlər indiyə qədər bu işi qadağan etmişdilər və ümid edirdilər ki, Azərbaycan Respublikası rəsmiləri bu anti-islami hərəkətlərdən əl çəkəcək, bu addımlarından çəkinəcəklər”.
Lakin noyabrın 3-də “Hizbullah Ənsarı”nın Şərqi Azərbaycan şöbəsinin saytında bu cür təkzib yerləşdirilib: “Möhtərəm Hizbullahi bacı və qardaşlarımıza çatdırırıq ki, şaban ayının 13-ü (noyabrın 4-ü) Azərbaycanın baş konsulluğunun önündə nümayiş keçiriləcəyi barədə şayiələr yayılıb. Bu təşkilat belə bir aksiya (göstəri) keçirtməyəcək və ”Hizbullah" bu barədə yayılan şayiəni təkzib edir".
Bununla belə, molla Ruhulla Becaninin Azərbaycan əleyhinə çıxışları təşkilatın saytında qalırdı. O, çıxışlarında Azərbaycan rəhbərlərinə qarşı kəskin ifadələr işlədir, xalqı din adına üsyana çağırır, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və partiyanın başqa üzvlərinin həbsini pisləyir. Beləliklə, istisna deyil ki, konsulluğun tutulması planı məhz Amerika xəfiyyələrinin İranın Azərbaycanla bağlı planlarının üstünü açdığı bilindiyi üçün təxirə düşüb.
FTB onu da müəyyən edib ki, İranın siyasi qətllər törətməyə hazırlaşdığı ölkələr arasında Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və İraq da olub. Belə ki, Türkiyədə gələn ilin martında xarici işlər naziri Əhməd Davudoğlunun öldürülməsi planlaşdırılıbmış.
GünAz TV mətbuat mərkəzinin “Yeni müsavat”-a istinmadən yaydığı məlumata görə, İran dini liderinin təmsilçisi bu məlumatları təkzib edərək onları ABŞ-ın “uydurması”, Tehranın qonşularla münasibətlərini korlamaq cəhdi adlandırıb. Yeni müsavat
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir