SON XƏBƏRLƏR

General Firuzabadi: “Partlayış İsrailə zərbə endirmək üçün istifadə edəcəyimiz silahı sınaqdan keçirən zaman baş verib”

2021.10.20, 07:36
General Firuzabadi: “Partlayış İsrailə zərbə endirmək üçün istifadə edəcəyimiz silahı sınaqdan keçirən zaman baş verib”

Gunaz.tv

GünAz TV: Tehran yaxınlığında hərbi bazada (payqah) baş verən partlayış, İranın İsrailə hücumda istifadə edəcəyi silahın sınaqdan keçirilməsi zamanı baş verib.

Bu bəyanatla İran ordusunun baş qərargah rəisi Həsən Füruzabadi çıxış edib.

O partlayışın İsrail, yaxud ABŞ (Amerika Birləşmiş Ştatları) xüsusi xidmət orqanlarının təxribat aktı (əməl) olması versiyasını təkzib edib. Firuzabadi bildirib ki, hadisə baş verən sınaqların nəticələri İsraili heç də sevindirməyəcək.

Xatırladaq ki, noyabrın (November) 12-də Tehran yaxınlığındakı hərbi bazada baş verən partlayış nəticəsində çoxsaylı insan, o cümlədən İran müdafiə sənayesi sektorunun (bəxş, bölüm) önəmli simalarından biri olan general Həsən Müqəddəm ölüb. Rəsmi Tehran hadisənin səbəbini partlayıcı maddə daşınan zaman detonasiyanın (inficar) baş verməsi ilə izah edib. İsrailin müdafiə naziri Ehud Barak belə hadisələrin təkrarlanmasında çox şad olacağını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar