SON XƏBƏRLƏR

Ermənistanda 50 mərtəbəli “Fars qülləsi” tikiləcək

2021.10.20, 07:36
Ermənistanda 50 mərtəbəli “Fars qülləsi” tikiləcək

Gunaz.tv

GünAz TV: İran-Ermənistan qardaşlığı bütün sahələrdə inkişaf edir. İrəvanın mərkəzində İranın yarı-dövlət şirkəti 50 mərtəbədən ibarət “Fars qülləsi” ucaldacaq.

Paytaxt bələdiyyəsinin müvafiq strukturlarında (yapısal, Saxtar) və bir neçə layihə institutlarında da bu məsələnin ciddi məxfilik şəraitində müzakirə olunduğu bildirilir. Binanın bir neçə mərtəbəsi ticari-kommersiya (ticarət-bazirqani), bir hissəsi yaşayış, qalan hissəsi isə mehmanxana funksiyası (function) daşıyacaq. Bu barədə “Qafqazinfo”  “Armeniya Today” saytına istinadən xəbər yayıb.

İrəvanın baş arxitektoru (memar) Narek Sarkisyan öz köməkçisi vasitəsi ilə bildirib ki, bu layihə ilə tanışdır, lakin buna münasibət bildirə bilməz. Saytın yazdığına görə, bu məsələ şəhərsalma şurasında hələ müzakirə olunmayıb. Bu isə o deməkdir ki, belə bir layihə rəsmi səviyyədə yoxdur.  

Hündürmərtəbəli binanın şəhərin mərkəzində tikilməsini biabırçılıq adlandıran erməni mediası bunun mütəxəssislər üçün də anlaşılmaz olduğunu yazıb.

Şəhər meriyasından (şəhrdari, bələdiyyə) əldə edilən gizli məlumatlarda isə İran tərəfinin layihə üçün razılıq əldə etmək üçün müvafiq məmurları maraqlandırmağa çalışmaqla konkret (açıq, müşəxxəs) addımlar atdığı deyilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar