SON XƏBƏRLƏR

Ərəb Dövlətləri Bəşər Əsədə 3 gün vaxt verdi

2021.10.20, 07:36
Ərəb Dövlətləri Bəşər Əsədə 3 gün vaxt verdi

Gunaz.tv

GünAz TV: Mərakeşdə bir araya gələn Ərəb Dövlətləri Liqasının (ərəb birliyi) xarici işlər nazirləri Suriyada Bəşər Əsəd rejiminə axan qanın dayandırılması üçün 3 gün vaxt verib.

 

Qətərin baş naziri və xarici işlər naziri Hamad bin Qasım Suriya hakimiyyətinin razılıq verəcəyi halda Ərəb Dövlətləri Liqasının bu ölkəyə 3 gün ərzində müşahidəçi göndərməyə hazır olduğunu da açıqlayıb.

 

Liqanın Suriyaya yönəlik diplomatik səyləri sahəsində artıq yolun sonuna çatmaqda olduğunu vurğulayan Hamad bir Qasım Suriyaya ilk mərhələdə 30-50 müşahidəçi göndəriləcəyini, başqa müsəlman ölkələrdən də bu sahədə dəstək istəniləcəyini söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar