SON XƏBƏRLƏR

Küveytdə aləm qarışdı; Parlamentə hücum olub

2021.10.20, 07:36
Küveytdə aləm qarışdı; Parlamentə hücum olub

Gunaz.tv

GünAz TV: Noyabrın 16-da baş nazirin istefasını tələb edən minlərlə müxalifət tərəfdarı Küveyt parlamentini zəbt edib.

 

Müxalif millət vəkili Musaallam əl-Barrak təhlükəsizlik qüvvələrinin baş nazirin istefası tələbi ilə keçirilən bir aksiyaya (yürüş) müdaxiləsindən sonra minlərlə insanın parlament binasına daxil olduğunu bildirib. Bu barədə Lent.az Türkiyənin NTV telekanalına istinadən xəbər yayıb.

 

Parlamentin iclas zalına (salon) daxil olan aksiyaçılar burada milli himn oxuyub və bir neçə dəqiqə sonra parlament binasını tərk ediblər. Daha sonra baş nazirin iqamətgahına doğru hərəkət etmək istəyən aksiyaçılara polis müdaxilə edib. İlkin məlumatlara görə, 5 nəfər yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar