SON XƏBƏRLƏR

Xaricdə dini təhsil almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyi olmur

2021.10.20, 07:36
Xaricdə dini təhsil almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyi olmur

Gunaz.tv

GünAz TV: “Mən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə təsadüfən daxil olmuşam. Bu fakültəyə təkcə elm ocağı kimi yox, həm də əxlaq ocağı kimi baxmışam”.

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov Bakı Dövlət Universitetində (BDU) İlahiyyat fakültəsi tələbələrinin də iştirak etdiyi tədbirdə deyib. G. İsmayılov İlahiyyat fakültəsində milli kadrların hazırlandığını deyərək, əlavə edib ki, dini bilən hər kəsə milli kadr demək olmaz: “Şəxsin dini bilməsindən başqa, gərək, onun milli və dövlətçilik təəssübkeşliyi də olsun ki, milli kadr deyək”.

 

G. İsmayılov xaricdə dini təhsil almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyinin olmadığını, bu səbəbdən də onların milli kadr sayılmadığını vurğulayıb. Komitə sədrinin müavini Azərbaycanda məqsədli şəkildə sünni-şiə bölgüsünün aparıldığını da deyib.

 

“BDU-nun İlahiyyat fakültəsinin məscidi ölkədə yeganə məsciddir ki, burada sünni və şiələr bir yerdə namaz qılırlar”, - deyə G. İsmayılov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar