SON XƏBƏRLƏR

Bir neçə milli-mədəni fəalın ölkədən çıxışına qadağa qoyuldu

2021.10.20, 07:36
Bir neçə milli-mədəni fəalın ölkədən çıxışına qadağa qoyuldu

Gunaz.tv

GünAz TV: Noyabrın 14-də (abanın 23-də) barələrində çıxarılan həbs qərarı vəsiqə qərarı ilə əvəz edilən azərbaycanlı milli-mədəni fəallar, 3-cü dəfə olaraq məhkəməyə çağırıldılar.

 

Musa Bərzin Xəlifəludan başqa mülki vəsiqə qarşılığında azadlığa buraxılacaqları gözlənilən digər fəallara (Əziz Purvəli, Həsən Ərk, Cəmişid Zarei, Tağı Sələhşur, Əhməd Riyazi, Mehdi Həmidi, Mustafa Əvəzpur, Murtaza Əvəzpur, Mehdi Nuri və Vəhid Şeyxbəyli) bildirildi ki, 3-cü dəfə olaraq İnqilab Məhkəməsi qarşısına çıxmalıdırlar.

 

Nəhayət ki, dünən noyabrın 16-ı (abanın 25-i) Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsi, azərbaycanlı fəalların yürddışı (ölkədən xa xaric) səfərlərinə qadağa qoyulduğunu bildirib.

 

Qeyd edək ki, sözü gedən azərbaycanlı fəallar Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində iftar mərasimi zamanı Urmu Gölü problemini müzakirə edərkən tutuqlanıblar. Azərbaycanlı fəallar  tutuqlanarkən təxminən 30 nəfər olublar. Onlarla tutulan digər azərbaycanlı fəallar barədə ağır həbs qərarı çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar