SON XƏBƏRLƏR

Suriyada toqquşmalar qızışır

2021.10.20, 07:36
Suriyada toqquşmalar qızışır

Gunaz.tv

GünAz TV: Suriyada bu ilin martından hökumət qüvvələrilə nümayişçilər arasında gedən qarşıdurma yeni müstəviyə keçib.

 

İndiyədək ordu əliyalın nümayişçiləri güllələyirdisə, ilk dəfə olaraq müxalifətçilər də silaha əl atıblar. Onlar Dəməşq yaxınlığında yerləşən hərbi kəşfiyyat idarəsinə hücum ediblər. Bina pulemyotlardan (müsəlsəl) atəşə tutulub. Müxalifət qüvvələrinin binaya bir neçə raket zərbələri də endirdikləri bildirilir. Bu barədə Milli.Az xəbər portalı "Reuters"ə istinadən xəbər yayıb.

 

Qeyd edək ki, indiyədək müşahidəçilər "ərəb baharı"nın baş verdiyi digər ölkələrdən fərqli olaraq, Suriyada silahlı qarşıdurmanın olmamasını Bəşər Əsədin hakimiyyətdə qalma şansı kimi qiymətləndirirdilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar