SON XƏBƏRLƏR

Yəmən prezidenti 90 gün vaxt istədi

2021.10.20, 07:36
Yəmən prezidenti 90 gün vaxt istədi

Gunaz.tv

GünAz TV: Yəmən prezidenti Əli Abdullah Saleh müxalifətlə hakimiyyətin ötürülməsi ilə bağlı razılaşmadan sonra 90 gün ərzində istefaya getməyə hazır olduğunu bəyan edib.

Bu barədə Məlumatı “Reuters” agentliyi yayıb.

“Razılaşma əldə olunduqdan və ratifikasiya (təsvib edilmək) ediqedildikdən, hakimiyyətin ötürülməsi mexanizmi və seçkilərin vaxtı müəyyənləşdirildikdən sonra mən səlahiyyətlərimdən imtina edəcəm. Düşünürəm ki, bu, ən çoxu 90 gün vaxt aparacaq” – deyə Əli Abdullah Saleh bildirib. Müxalifət isə hesab edir ki, prezident növbədənkənar seçkilərədək hakimiyyətdə qalmaq üçün vaxtı uzatmağa çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar