SON XƏBƏRLƏR

Xatəmi xəbərdarlıq edir...

2021.10.20, 07:36
Xatəmi xəbərdarlıq edir...

Gunaz.tv

GünAz TV: Noyabrın 14-də (abanın 23-ü) Azərbaycanın bir qrup islahatçı gənci ilə görüşən İranın keçmiş prezidenti Məhəmməd Xatəmi ölkədəki böhrandan və İrana mümkün hərbi hücumdan danışıb.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, İranda qarşıdan gələn parlament seçkisinin sağlam keçirilməsinin vacibliyini vurğulayan Məhəmməd Xatəmi deyib ki, hakimiyyət ölkənin siyasi atmosferini dəyişməsə, sabah bunun üçün çox gec olacaq: “Gəlin siyasi atmosferin dəyişməsinə, siyasi məhbusların azadlığa buraxılmasına və ev dustaqlıqlarının ləğvinə şərait yaradın. Bizim xalqımızda və dərd çəkmiş gənclərimizdə o qədər alicənablıq var ki, indiki atmosfer dəyişsə, gələcəyə ümidləri olsa, hər şeyi bağışlayıb güzəştə gedərlər. Belə olan halda ölkənin təhlükəsizliyi təmin ediləcək. Hər halda nəzərə almaq lazımdır ki, bunun üçün vaxt və fürsətlər sürətlə əldən gedir.

 

 Təəssüflər olsun ki, bu gün həm Amerikada, həm də İranda bəzi şəxslər hər iki ölkənin qarşı-qarşıya gəlməsində, problemin daha da dərinləşməsində maraqlıdırlar. Ümid edirəm ki, cənab Obama müharibə tələb edən bu kimi şəxslərin təsirinə düşməsin və cənab Buşun tutub getdiyi yoldan dərs götürsün. İranda da bəzilərinin çörəyi böhrandan, zorakılıqdan, toqquşma və gərginlikdən çıxır. Bunlar indiki vəziyyətin qarışıb ixtilafların dərinləşməsindən o qədər də narahat deyil. Xalq ağsaqqalları bu kimi şəxslərin qarşısını almalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar