SON XƏBƏRLƏR

Məhkəmə azərbaycanlı fəallar barədə həbs qərarı çıxarıb

2021.10.20, 07:36
Məhkəmə azərbaycanlı fəallar barədə həbs qərarı çıxarıb

Gunaz.tv

GünAz TV: Təbrizin İnqilab Məhkəməsi tanınmış azərbaycanlı fəallar Yürüş (Ayət) Mehrəlibəyli və doktor Lətif Həsənli barədə həbs qəarı çıxarıb. Onların hər biri 18 ay azadlıqdan məhrum edilib.

 

Məhkəmə iclası oktyabrın 31-də (abanın 9-u) keçirilsə də, qərar azərbaycanlı fəallara yeni açıqlanıb. Tanınmış azərbaycanlı fəallar Yürüş (Ayət) Mehrəlibəyli və doktor Lətif Həsənliyə qarşı bir çox uydurma ittihamlar irəli sürülüb. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər.

 

Qeyd edək ki, azərbaycanlı fəallar keçən il tutulub və 9 aya yaxın işgəncələr altında həbsdə qalıblar. Daha sonra onlar ağır mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar