SON XƏBƏRLƏR

Urmunun millət vəkili: “Urmu Gölünün quruması insani faciə ilə nəticələnəcək”

2021.10.20, 07:36
Urmunun millət vəkili: “Urmu Gölünün quruması insani faciə ilə nəticələnəcək”

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan və ətraf bölgələri ekoloji faciə gözləyir. Urmu Gölü böhranı artıq rəsmi şəxsləri də dilə gətirib.

 

Urmunun millət vəkili Nadir Qazipur İran parlamentində üzünü səlahiyyətli nazirə tutaraq bildirib ki, “artıq Urmu Gölü son nəfəslərini alır”.

 

O əlavə edib ki, “əgər Urmu Gölü quruyarsa, bu böyük insani faciə ilə nəticələnəcək. Buda müxtəlif cəhətlərdən təhlükəlidir. Mən ümid edirəm ki,  səlahiyyətli məsullar ən qısa zamanda bu Gölü yenidən dirçəldib və milyonlarla insanı şad edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar