SON XƏBƏRLƏR

"ETTELAAT" azərbaycanlı fəalların gəlir mənbəyini kəsir

2021.10.20, 07:36
"ETTELAAT" azərbaycanlı fəalların gəlir mənbəyini kəsir

Gunaz.tv

GünAz TV: ETTELAATın (İran Kəşfiyyat Nazirliyİ) azərbaycanlı Fəallara qarşı təzyiqləri davam edir. Bu dəfə, azərbaycanlı fəalın ailəsi ETTELAATın çörək sınağına tuş gəlib.

 

Məlumata görə, Urmu Gölü ilə əlaqədar tutuqlanıb Təbriz zindanında saxlanılan Yaqub Rəməzaninin “Bilgisayar” adlı internet klubu (kafinet) dünən saat 8:00-da qapadılıb.

 

Hazırda həbsdə olduğu səbəbindən qardaş tərəfindən idarə olunan internet klub, Rəməzaninin ailəsinin təkcə gəlir mənbəyidir. ETTELAAT məmurları təzyiqləri sadəcə azərbaycanlı fəallara deyil, onların ailəsinədə şamil etsinlər deyə, kluba hücum edib, kompüterləri toplayıb və iş yerini qapadıblar.

 

Qeyd edək ki, ETTELAATın azərbaycanlı fəalların ailəsinə qarşı həyata keçirdiyi təzyiqlər bunlarla məhdudlaşmır və müxtəlif formalarda özünü göstəribdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar