SON XƏBƏRLƏR

Güney azərbaycanlı şair Abbas İslami vəfat edib

2021.10.20, 07:36
Güney azərbaycanlı şair Abbas İslami vəfat edib

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı ustad, “Bariz” təxəllüslü şair Abbas İslamı bu gün Əhər şəhərində dünyasını dəyişib.

 

Mərhum şair 1921-ci ilin payız fəsilində (1300-cü il) Əhər şəhərinin 5 kilometrliyində yerləşən “Aypirzən” kəndində dünyaya göz açıb.

 

Onun türk və fars dillərində olduqca dəyərli şeir əsərləri var. “Qolhaye rənqarənq”, “El dağına salam” və “Yaslı savalan” əsərləri o cümlədəndir.

 

Mərhum şairin “Ay Aşıqlar yasa gəlin”, “Çoban qardaş”, “Sarı daş”, “Şeypur poeması”, “Bayatılar”, “Sarı və Susən dastanı” və ... kimi əsərləridə işıq üzü görməyən əsrləri sırasındadır.

 

ALLAH rəhmət eləsin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar