SON XƏBƏRLƏR

Azərbaycanda keçmiş prezident və onun ailə üzvlərinin təminatı haqqında qanun qəbul edildi

2021.10.20, 07:36
Azərbaycanda keçmiş prezident və onun ailə üzvlərinin təminatı haqqında qanun qəbul edildi

Gunaz.tv

GünAz TV: Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının (Cümhuriyyət) keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya (Anayasa) qanunu ikinci oxunuşda qəbul edilib.

 

GünAz TV mətbuat mərkəzinin Trend-ə istinadən yaydığı məlumata görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli oktyabrın (October) 25-də keçirilmiş birinci səsvermədə qeyd etdiyini təkrarlayaraq bildirib ki, qanunun təsir dairəsinə Azərbaycan müstəqillik qazandıqdan sonra prezident olmuş bütün şəxslərə şamil olunur.

 

Əli Hüseynli həmçinin bildirib ki, keçmiş prezidentin pensiya (əməklik, maaş) məbləği 50 faiz təşkil edəcək.

 

“Millət vəkilləri tərəfindən bu miqdarın 80 faizə çatdırılması təklif olunmuşdu. Lakin fəaliyyətdə olan prezidentin aylıq vəzifə maaşı təxminən 7500-8000 manat təşkil edir, həmçinin 20 faiz də təmsilçilik xərcləri ayrılır və bu, qanunvericiliyə görə, kifayət edəcək məbləğdir”, - o bildirib.

 

Layihəyə əsasən, qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq, prezident vəzifəsini tutmuş, həm də vəfat etmiş, prezident səlahiyyətlərinə xitam verilmiş şəxslərə və ailə üzvlərinə şamil olunacaq.

 

Qanun impiçment (ittiham, “elan-i cürm”) qaydasında vəzifədən kənarlaşdırılan sabiq prezidentlərə şamil olunmayacaq.

 

Keçmiş prezident prezidentin aylıq əmək haqqının 50 faizi məbləğində aylıq pensiya alacaq. Sabiq prezident vəfat etdiyi halda bu təminatı həyat yoldaşı, o olmadıqda isə 18 yaşına çatmamış uşaqları alacaqlar.

 

Layihədə sabiq prezidentə dövlət tərəfindən avtomobil, sürücü və 3 nəfər mühafizəçinin ayrılması nəzərdə tutulub. Əgər prezident vəfat edibsə, avtomobil əvəzinə ailəsinə onun təminatı ödəniləcək.

 

Keçmiş prezidentlər və həyat yoldaşları diplomatik pasport daşıyacaqlar və onların toxunulmazlığı qanunla qorunacaq.

 

Layihədə qeyd olunur ki, sabiq prezident və həyat yoldaşı cinayət başında yaxalanarsa, prokurorun (dadistan) təqdimatı ilə saxlanıla bilər.

 

Tibbi təminat üzrə dövlət qulluğu üçün müəyyən edilmiş qanun və qaydaların müddəaları keçmiş prezidentər və ailə üzvlərinə şamil olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar