SON XƏBƏRLƏR

Konqres qərarı təsdiqlədi: Amerikadan Türkiyəyə 3 "Super Kobra" gəlir

2021.10.20, 07:36
Konqres qərarı təsdiqlədi: Amerikadan Türkiyəyə 3 "Super Kobra" gəlir

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Konqresi Türkiyəyə 3 ədəd "Super Kobra" hücum helikopterinin satışını təsqidləyib.

Bəzi konqresmenlərin mane olma cəhdlərinə baxmayaraq, qərarın təsdiqi baş tutub.

 

ABŞ qanunlarına görə, bir NATO müttəfiqinə silah satılması üçün Konqresə rəsmi müraicət edildikdən sonrakı 15 gün içərisində əks istiqamətdə bir qətnamə Konqresdən keçməzsə, satış avtomatik (otomatik) olaraq təsdiqlənmiş sayılır.

 

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Vaşinqton Türkiyəyə helikopter satışı ilə bağlı oktyabrın (October) 28-də Konqresə rəsmi müraciət etmişdi. 15 günlük müddətin başa çatması ilə Türkiyəyə "Super Kobra" helikopterləri də daxil olmaqla 111 milyon dollarlıq hərbi təchizatın satılması təsdiqlənib.

 

Helikopterlərin bir neçə ay içərisində Türkiyəyə təhvil verilməsi nəzərdə tutulur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar