SON XƏBƏRLƏR

Ketrin Eştonun Azəraycana səfəri başlayır

2021.10.20, 07:36
Ketrin Eştonun Azəraycana səfəri başlayır

Gunaz.tv

GünAz TV: Bu gün Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycana səfəri başlayır.

 

Ketrin Eştonun Bakıda dövlət başçısı İlham Əliyev, baş nazir Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. K.Eşton Azərbaycan rəsmiləri ilə görüşləri zamanı Azərbaycanın BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi fonunda Avropa İttifaqı ilə əməkdaşlıq və viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə edəcək.

 

Qeyd edək ki, Avropa İttifaqının ali nümayəndəsi Azərbaycana Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində gələcək. O, Bakıdan Tiflisə, oradan isə İrəvana yola düşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar