SON XƏBƏRLƏR

Amerika tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

2021.10.20, 07:36
Amerika tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatları (ABŞ) tarixində ilk dəfə türk əsilli şəxs bələdiyyə sədri seçilib.

 

Məlumatı Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu yayıb.

 

ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvü olan türk Tayfun Selen Nyu-Cersi ştatının Çatam rayonunun bələdiyyə sədri vəzifəsini tutacaq. O, 2017-ci ildə Çatam Bələdiyyə Komitəsinə üzv seçilib. Yanvarın 3-də komitə üzvləri arasında bələdiyyə sədri seçkisi keçirilib. Səsvermə nəticəsində T.Selen qalib gəlib.

 

Qanuna əsasən, 3 il fəaliyyət göstərən 5 üzvdən ibarət Bələdiyyə Komitəsini yerli sakinlər seçir. Bələdiyyə sədri isə komitə üzvləri arasından müəyyənləşir. 

 

Qeyd edək ki, T.Selen ABŞ-ın hakim Respublikaçılar Partiyasının üzvüdür. O, 15 ildir Çatam sakinidir. T.Selein İstanbul Texniki Universitetinin Memarlıq fakültəsini bitirib. "Report"

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar