SON XƏBƏRLƏR

Əhmədinejad Urmu Gölü barədə göstəriş verib

2021.10.20, 07:36
Əhmədinejad Urmu Gölü barədə göstəriş verib

Gunaz.tv

GünAz TV: İran prezidenti Mahmud Əhmədinejad ölkənin ən böyük və dünyanın iri duzlu göllərindən olan Urmu Gölünün qurumasının qarşısının alınması üçün Araz çayının suyundan istifadə edilməsi haqqında göstəriş verib.

 

İran prezidenti bunun üçün Araz çayının suları hesabına yaradılmış Araz anbarındakı suyun Urmu Gölünə axıdılmasını məqsədəuyğun sayıb.

 

Belə ki, Araz anbarındakı suyun Səlmas və Xoy şəhərlərindən keçməklə, Urmu Gölünə çatdırılması planlaşdırılır.

 

Qeyd edək ki, keçmişdə də İran rəhbərliyi tərəfindən Urmu Gölü ilə bağlı oxşar göstərişlər verilib və hətta konkret büdcə də ayrılıb. Lakin təyin edilmiş büdcə heç vaxt reallıqda özünü göstərməyib. Hətta Urmunun yerli məsulları və millət vəkili dəfələrlə bu göstərişlərin həyata keçirilməməsindən şikayətləniblər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar