SON XƏBƏRLƏR

Səid Nəiminin saxlanılma müddəti uzadılıb

2021.10.20, 07:36
Səid Nəiminin saxlanılma müddəti uzadılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal, insan haqları müdafiəçisi Səid Nəimi bu tezlikdə azadlığa buraxılmayacaq.

 

Hakim Yusifi elan edib ki, Nəiminin Saxlanılma müddəti uzadılıb. O, əlavə edib ki, şöbənin işinin çoxluğundan Nəiminin dosyesinə dekabrın 29-na (deyin 8-nə) qədər baxılmayacaq. Bu barədə azərbaycanlı fəalın vəkilləri məlumat verib.

 

Qeyd etmək lazımdır ki, adını çəkdiyimiz azərbaycanlı fəal aylardır ki, naməlum səbəbdən saxlanılır və hələdə onun dosyesinə baxılıb və yekun (nəhayi) qərar verilməyib.

 

Xatırladaq ki, insan haqları fəalı, Azərbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsinin qurucularından olan Səid Nəimi 2011-ci il mayın 8-də “ETTELAAT” (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən Kərəc şəhərində yerləşən öz evində tutulub və "ETTELAAT"ın Təbriz şöbəsinə göndərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar