SON XƏBƏRLƏR

Bir neçə azərbaycanlı fəalın barəsində çıxarılan Saxlanma qərarı, vəsiqə qərarı ilə əvəzləndi

2021.10.20, 07:36
Bir neçə azərbaycanlı fəalın barəsində çıxarılan Saxlanma qərarı, vəsiqə qərarı ilə əvəzləndi

Gunaz.tv

GünAz TV: Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məshəlləsində iftar mərasimi zamanı tutuqlanan təxminən 30 nəfər azərbaycanlı fəaldan bir neçəsi barədə çıxarılan saxlanma qərarı mülki vəsiqə qərarı ilə əvəzlənib.

 

Dünən yaydığımız xəbərdə 12 nəfər iftar mərasimi tutuqlularının noyabrın 13-də (abanın 22-i) Təbrizin İnqilab Məhkəməsində mühakimə olunduqları ilə bağlı geniş məlumat yayılmışdı. Son məlumata görə, Musa Bərzin, Əhməd Riyazi və Mehdi Nuri barəsində təxminən 100000 dollar (100 milyon tümən) dəyərində mülki vəsiqə qərarı çıxarılıb.

 

Qalanlar üçün isə təxminən 50000 dollar (50 milyon tümən) dəyərində mülki vəsiqə qərarı təyin edilib.

 

Hələlik Tağı Sələhşur və Mehdi Həmidi Şəfiq barəsində çıxarıılan saxlanma qərarının vəsiqə qərarı ilə əvəzlənməsi ilə razılaşılmayıb. Bununla belə onlarından yaxın günlərdə problemlərinin çözüləcəyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar