SON XƏBƏRLƏR

Rəsmi Tehran Beynəlxalq Atom Enerjisi Agentliyini hədələdi

2021.10.20, 07:36
Rəsmi Tehran Beynəlxalq Atom Enerjisi Agentliyini hədələdi

Gunaz.tv

GünAz TV: İran parlamentinin spikeri (sədr) Əli Laricani Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) ölkəsinin qurumla əməkdaşlığını yenidən nəzərdən keçirəcəyi ilə bağlı xəbərdarlıq edib.  

 

O, bildirib ki, «İran İslam Respublikası (Cümhuriyyət) Beynəlxalq Atom Enerjisi Agentliyinə xəbərdarlıq edir, onun bu yanaşmasını İrana qarşı qərəz kimi qiymətləndirir, habelə hesabatın sionist rejiminin və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) göstərişləri əsasında olduğunu hesab edir. İran özünün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığını yenidən nəzərdən keçirməlidir. Çünki agentlik öz yanaşması ilə onunla əməkdaşlıq edilib-edilməməsindən asılı olmayaraq nəticədə balanslaşdırılmamış qərarlar verdiyini sübut etdi. Buna görə də biz Milli Təhlükəsizlik Komissiyasına (komisiyon) və digər təşkilatlara bu məsələni araşdırmaq və nəticələri təqdim etmək tapşırığı veririk», - deyə Əli Laricani bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar