SON XƏBƏRLƏR

Möhsün Rzayinin oğlunun ölümü ilə bağlı şübhələr artır

2021.10.20, 07:36
Möhsün Rzayinin oğlunun ölümü ilə bağlı şübhələr artır

Gunaz.tv

GünAz TV: İran İnqilab Keşikçiləri Korpusunun (Sepah) keçmiş komandanı (fərmandeh), Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayinin oğlu Əhməd Rzayinin ölümü haqda müxtəlif versiyalar irəli sürülür.

Əhməd Rzayinin meyiti noyabrın (November) 11-də Dubaydakı “Gloria” hotelində tapılıb. Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun informasiya şöbəsinin rəhbəri Şəhram Gilabadi noyabrın 13-də jurnalistlərə açıqlamasında ölümün şübhəli olduğunu vurğulayıb. Əhmədin sol biləyinin damarı kəsilmiş vəziyyətdə olub. Dubay polisi Əhməd Rzayinin intihar etdiyini bildirsə də, İranın iqtidaryönlü “Tabnak” saytı ölümdə İsrailin “Mossad” təşkilatının əli olduğu iddiasını irəli sürüb.

30 yaşlı Əhməd Rzayi 1998-ci ildə, Məhəmməd Xatəminin prezidentliyi dövründə ABŞ-a (Amerika Birləşmiş Ştatları) sığınaraq İranın dini rəhbəri ayətullah Əli Xamneyiyə, islam dininə və İran İslam Respublikasına (Cümhuriyyət) qarşı sərt bəyanatlar səsləndirmişdi. Həmin vaxt “Amerikanın səsi” radiosuna müsahibə verən Əhməd Rzayi dini rəhbər Əli Xamneyini dinc siyasi müxaliflərin qətlində günahlandırmışdı.

Ölkədə ruhanilərin islam və din adı ilə dinc müxaliflərə qarşı divan tutmasından danışan Əhməd Rzayi xarici ölkələrdə mühacirətdə yaşayan iranlı tanınmış siyasi müxaliflərin qətlə yetirilməsi ilə bağlı qərarların birbaşa Xamneyinin hüzurunda və onun təsdiqi ilə qəbul edildiyini vurğulamışdı: “İran gənclərinin problemi İran İslam Respublikası ilə yox, islam dini ilədir. Siz İran zindanlarına qan üzərində yeriyir, ayaq basırsınız”.

Əhməd Rzayi 7 il mühacirətdə yaşadıqdan sonra atası Möhsün Rzayinin Xamneyiyə xahişlərindən sonra 2005-ci ildə İrana dönə bilmişdi. Amerika vətəndaşı olan Əhməd Rzayi dörd dəfə evlənmişdi. Onun xanımlarından ikisinin iranlı, birinin amerikalı, digərinin isə Cənubi Koreya vətəndaşı olduğu bildirilir. Media forum

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar