SON XƏBƏRLƏR

Suriyada xarici səfirliklərə basqın oldu; Türkiyə Suriyaya nota verdi

2021.10.20, 07:36
Suriyada xarici səfirliklərə basqın oldu; Türkiyə Suriyaya nota verdi

Gunaz.tv

GünAz TV: Daş, dəyənək və bıçaqlarla silahlanmış adamlar paytaxt Dəməşqdə Qətər və Səudiyyə Ərəbistanı səfirliklərini işğal edərək talayıblar. Türkiyə səfirliyinə basqın isə işğalsız ötüşüb.

İki gün öncə Suriyada Türkiyə, Qətər və Səudiyyə Ərəbistanı səfirliklərinə hücum təşkil olunub. Hücumun motivi (əngizə) Ərəb Dövlətləri Liqasının (ərəb ittihadiyyəsi) Suriyanı qurumdan çıxarması və Bəşər Əsəd rejiminə xəbərdalıq etməsidir. Türkiyə Ərəb Dövlətləri Liqasının qərarını dəstəkləyib.

Daş, dəyənək və bıçaqlarla silahlanmış adamlar paytaxt Dəməşqdə Qətər və Səudiyyə Ərəbistanı səfirliklərini işğal edərək talayıblar. Türkiyə səfirliyinə basqın isə işğalsız ötüşüb.

Səfirliklərlə yanaşı Türkiyənin Hələb və Lazkiyədəki konsulluqları da hücuma məruz qalıb. Lazkiyədə Fransa konsulluğuna da basqın təçkil olunub.

Türkiyə baş verənlərlə əlaqədar artıq Suriyaya nota verib və səfirlik işçilərini ailələrilə birlikdə Dəməşqdən çıxarıb. Rəsmi Ankara öz vətəndaşlarına Suriyaya getməmək çağırışı da edib.

Türkiyə Xarici İşlər Nazirliyindən bildiriblər ki, hücumların, Ərəb Liqasının Suriya ilə bağlı qərarından sonra baş verməsi və əsas hədəf kimi Türkiyə diplomatik missiyalarının (gorəv) seçilməsi təsadüfi deyil. Rəsmi Ankara Suriya hökumətindən tələb edib ki, istər Türkiyənin, istərsə də başqa ölkələrin diplomatik nümayəndəliklərinə hücumlarla bağlı izahat versin, günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlər görsün. Qaynaq: Azadlıq qəzeti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar