SON XƏBƏRLƏR

12 nəfər milli-mədəni fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
12 nəfər milli-mədəni fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Avqustun 24-ü (şəhrivərin 2-i) Təbrizin Qumtəpə məhəlləsində Urmu Gölü məsələsi müzakirə olunarkən tutuqlanan təxminən 30 nəfər milli-mədəni fəaldan 12-i məhkəmə qarşısına çıxarılıb.

 

Dünən Təbrizin İnqilab Məhkəməsində mühakimə olunan milli-mədəni fəalları, 7 vəkil müdafiə edib. Hakim, Vəkillərin səyi nəticəsində 2 gün ərzində milli-mədəni fəalların zəmanətlə buraxılmaları məsələsinə baxacağına söz verib.

 

Saat 8:00-dan 14:00-a qədər sürən məhkəmə iclasında azərbaycanlı fəallar Əziz Purvəli, Tağı Sələhşur, Elman Nuri, Musa Bərzin, Mehdi Həmidi Şəfiq, Murtaza Əvəzpur, Mustafa Əvəzpur, Mahmud Fəzli, Vəhid Şeyxbəyli, Cəmişid Zarei, Həsən Ərk və Əhməd Riyazi mühakimə olunublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar