SON XƏBƏRLƏR

Amerika İrandan cavab gözləyir

2021.10.20, 07:36
Amerika İrandan cavab gözləyir

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) İranın nüvə proqramının hərbi təmayüllü olması barədə MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Təşkilatı) son hesabatına qarşı tərəfin reaksiyasını (əksüləməl) gözləyir.

 

Belə bir açıqlama ilə ABŞ dövlət katibi (xarici işlər naziri) Hillari Klinton çıxış edib.  “Biz İranın hesabatda yer almış ciddi suallara qisa bir zamanda cavab verəcəyini gözləyirik”  - deyə, dövlət katibi bildirib.

 

Qeyd edək ki, bir neçə gün öncə MAQATE  İranın nüvə proqramının hərbi təmayüllü oldugunu sübut edən fotolar da nümayiş etdirib. Həmin fotoların kosmosdan (uzay, fəza) çəkildiyi iddia olunur.  Hələlik İran tərəfi Klintonun bu çağırışına cavab verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar