SON XƏBƏRLƏR

Azərbaycan Türkiyəyə növbəti dəfə yardım karvanını göndərib

2021.10.20, 07:36
Azərbaycan Türkiyəyə növbəti dəfə yardım karvanını göndərib

Gunaz.tv

GünAz TV: Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycandan Türkiyəyə zəlzələdən zərər çəkənlər üçün növbəti yardım karvanı yola salınıb.

 

10 avtomobildən ibarət yardım karvanı Güney Azərbaycandan keçərək Türkiyəyə daxil olacaq. Karvanla zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulmuş 150 ədəd çadır, 200 ədəd yataq çarpayısı göndərilir.

 

Qeyd edək ki, dövlət başçısının göstərişi ilə bundan əvvəl 1250 ədəd çadır, 700-ə yaxın yataq dəsti, 5 min adyal, 40 generator, 40 mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərərçəkmiş bölgəyə çatdırılıb. Bu, artıq Türkiyənin Van bölgəsinə göndərilən üçüncü yardım karvanıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar