SON XƏBƏRLƏR

Türkiyədə girov götürülən gəmi azad olunub, PKK terrorçusu öldürülüb

2021.10.20, 07:36
Türkiyədə girov götürülən gəmi azad olunub, PKK terrorçusu öldürülüb

Gunaz.tv

GünAz TV: Noyabrın (November) 11-də axşam saatlarında Mərmərə dənizində PKK terrorçusu tərəfindən girov götürülən, göyərtəsində 22 nəfər olan gəmi-bərədə əməliyyat keçirilib.

 

İstanbuldan İzmitə gedən “Kartepe” adlı bərədə (daşımacılıq gəmisi) bu səhər keçirilən xüsusi əməliyyat nəticəsində terrorçu öldürülüb. Bu barədə Lent.az Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 

 Gəmidə olan 22 nəfər xəsarət almayıb. Heyət üzvlərindən 4-ü bərə ələ keçiriləndən 6 saat sonra azad edilib. İstanbul valisi Avni Mutlu deyib ki, terrorçunun üzərində həqiqətən bir qurğu olub, ancaq onun partlayıcı olub-olmadığı hazırda aydınlaşdırılır.

 

 Qeyd edək ki, bərənin yanacağı qurtardığı üçün terrorçu Silivri limanı yaxınlığında lövbər atılmasına (ləngər salmasına) razılaşıb. Əməliyyat da elə bu zaman başlayıb. Xüsusi təyinatlıların hücumu zamanı bəzi sərnişinlər özlərini suya atıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar