SON XƏBƏRLƏR

Qırğızıstanın yeni prezidenti rəsmən elan olundu

2021.10.20, 07:36
Qırğızıstanın yeni prezidenti rəsmən elan olundu

Gunaz.tv

GünAz TV: Qırğızıstan Mərkəzi Seçki Komissiyası oktyabrın (October) 30-da keçirilmiş prezident seçkilərinin rəsmi nəticəsini açıqlayıb.

 

“İnterfaks” agentliyinin verdiyi məlumata görə, baş nazir, Sosial-Demokrat Partiyasının lideri Almazbek Atambayev seçicilərin 62,52 faizinin səsini toplayaraq qalib gəlib.

 

 Almazbek Atambayevin ən yaxın rəqibi, Vahid Qırğızıstan Partiyasının sədri Adaxan Madumarov seçicilərin 14,78 faizinin səsini toplayıb. Hakimiyyət yönümlü Ata Yurt Partiyasının parlament fraksiyasının (fraksiyon) rəhbəri sədri Kamçibek Taşiyev isə seçicilərin 14,32 faizinin səsini qazanıb. Ümumilikdə, seçkilərdə 16 namizəd iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar