SON XƏBƏRLƏR

Suriyada daha bir qanlı cümə yaşandı: 9 ölü

2021.10.20, 07:36
Suriyada daha bir qanlı cümə yaşandı: 9 ölü

Gunaz.tv

GünAz TV: Ərəb Birliyi ilə əldə edilən razılaşmaya əsasən ordunun küçələrdən çəkilməsi nəzərdə tutulan Suriyada nümayişlər və təhlükəsizlik qüvvələrinin dinc vətəndaşlara hücumları davam edir.

 

 Suriyada xalq dünənki cümə namazından sonra küçələrə çıxıb.

 

 Nümayişçilər Ərəb Birliyi ilə imzalanan razılaşmaya əməl etməyən Suriyanın üzvlüyünün ləğv edilməsini istəyib. "Ərəb Birliyi anlaşması qan axmasına mane oldumu" sualı ilə küçələrə çıxan nümayişçilərə cavab təhlükəsizlik qüvvələrindən gəlib.

 

 Suriya Təhlükəsizlik Qüvvələrinin nümayişçilərə açdığı atəş nəticəsində İdlibdə 1, Humusda 8 nəfər dünyasını dəyişib.

 

 Ərəb Birliyi ilə Suriya ordusu arasında imzalanan razılaşmadan sonra yalnız Humus şəhərində 100-dən çox insanın öldüyü bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar