SON XƏBƏRLƏR

Abdullah Səduqinin baş prokurora (dadistan) yazdığı məktubun mətni...

2021.10.20, 07:36
Abdullah Səduqinin baş prokurora (dadistan) yazdığı məktubun mətni...

Gunaz.tv

 GünAz TV: Hazırda Güney Azərbaycanın Təbriz şəhərində məhbus həyatı yaşayan azərbaycanlı fəal Abdullah Səduqi Şərqi Azərbaycanın baş prokuroruna (dadistan) məktub yazıb.

 

Məktubun mətni bundan ibarətdir:

"Şərqi Azərbaycanın Hörmətli Dadistanı

 

Bildiyiniz kimi, yenədə fars şovinizmi azərbaycan millətinə olan nifrətini bu dəfədə Urmu Gölünün quruması məsələsi və buna qarşı qanuni yollarla etiraz edənlərə yönəlik kobubca və mədəniyyətsizcəsinə göstərdi.

 

Şübhəsiz ki, siz bu insanların suçsuz olduğunu və qeyri-müəyyən bir səbəbdən dolayı 60 gündən artıq saxlanıldığının qanunsuz olduğunu bilirsiniz.

 

Buna görə, sizdən Həzrət Əli (ə) kimi ədalət kürsüsündə oturmuş bir insan kimi istəyirəm ki bu insanların azadlığı uğrunda ədalətli əməl edəsiniz. Bu gündən isə azad olmayanadək aclıq aksiyasına (etisab-i ğəza) başlayıram.

 

Sayqılarla: Abdullah Səduqi (Güntay)

Yaşasın Azərbaycan-Yaşasın Ədalət"

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar