SON XƏBƏRLƏR

“Traxtur” klubundan son xəbər

2021.10.20, 07:36
“Traxtur” klubundan son xəbər

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası Kiş adasındakı 10 günlük təlim-məşq toplantısını başa vurub.

 

Corc Likensin yetirmələri bazar günü Təbrizə qayıdıb. Baş məşqçi oyunçulara bir gün istirahət verib, onlar yanvarın 29-dan məşqlərə başlayacaq.

 

“Traxtur” təlim-məşq toplanışı zamanı Xuzistan təmsilçisi “Fulad” və “Pars Cənubi Cəm” komandaları ilə qarşılaşıb. Hər iki oyun bərabər hesabla başa çatıb.

 

Azərbaycan klubu mövsümün ikinci yarısının birinci həftəsində Məscid Süleymanın “Neft” komandasını qəbul edəcək.

 

Bu arada bir müddət əvvəl Təbrizi tərk edən şotlandiyalı hücumçu Li Ervinin “Traxtur”a qayıtmayacağı qətiləşdikdən sonra klub rəhbərliyi komandaya yeni xarici oyunçu transfer etmək qərarına gəlib. Mediada yayılan məlumata görə, klub məsulları ingiltərəli futbolçu, “Liverpool”un keçmiş oyunçusu Danny Guthrie ilə müzakirələr aparır. Artıq ilkin razılıq əldə olunub, yaxın günlərdə onunla əldə olunan razılıq barədə rəsmi məlumat açıqlanacaq.

 

Danny Guthrie

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar