SON XƏBƏRLƏR

Baş katib Gürcüstanın NATO-ya qəbul olunacağına söz verib

2021.10.20, 07:36
Baş katib Gürcüstanın NATO-ya qəbul olunacağına söz verib

Gunaz.tv

GünAz TV: Tiflisə səfər edən NATO-nun Baş katibi Anders Foq Rasmusen bildirib ki, Gürcüstan mütləq bu qurumun tamhüquqlu üzvü olacaq.

 

Ölkədəki islahatlardan razı qaldığını deyən Baş katib Gürcüstanın NATO-ya qəbulunda 2012-ci il parlament və 2013-cü il prezident seçkilərinin nəticələrinin böyük təsiri olacağını vurğulayıb. 

 

A.F. Rasmussen Rusiyanın Gürcüstanın NATO-ya qəbuluna mane ola bilməyəcəyini qeyd edib. "NATO-nun siyasəti Rusiya və ya hər hansı  bir dövlətə qarşı yönəlməyib. Hər bir dövlət NATO-ya qəbul olunmağı özü seçir." Anders Foq Rasmusen belə deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar