SON XƏBƏRLƏR

Suriyada daha 25 nəfər öldürülüb

2021.10.20, 07:36
Suriyada daha 25 nəfər öldürülüb

Gunaz.tv

GünAz TV: Suriyada təhlükəsizlik qüvvələrinin anti-hökumət nümayişlərini odlu silahla dağıtmağa davam etməsi nəticəsində daha 25 nəfər ölüb.

Onlardan 14-ü dinc sakindir. Ölənlər arasında dinc sakinlərlə yanaşı, müxalifətin tərəfinə keçmiş sabiq hərbçilər də var.

Təhlükəsizlik qüvvələri paytaxt Dəməşq, Deyr əz-Zor, İdlib, Hama və Homs şəhərlərində müxaliflərə qarşı reydlər (hücum əmliyyatı) keçirib. Reydlər zamanı dinc sakinlərə atəş açıldığı bildirilir. Londonda mərkəzləşən Suriya İnsan Haqları Müşahidəçiləri təşkilatının məlumatına görə, Homs şəhərində öldürülənlər arasında 8 yaşlı qız uşağı da var.

Deyr əz-zor şəhərində sabiq hərbçilərlə hökumət qüvvələri arasında qanlı toqquşmalar baş verib. İnternetdə yayılmış yeni videoyazılarda Suriya əsgərlərinin yaxşı silahlanmış müxalifət döyüşçüləri tərəfindən atəşə tutulması bunu deməyə əsas verir. Müxalif qüvvələrin də getdikcə daha yaxşı silahlandığı bildirilir.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) insan haqları üzrə ali komissarı Nevi Pilay bildirib ki, Suriyada ordunu tərk edərək müxalifət tərəfində keçən hərbçilərin sayı artır, bu da Liviyadakı (Libi) kimi vətəndaş müharibəsi riskini artırır. Suriya ordu rəhbərliyinin isə nəyin bahasına olursa-olsun, Bəşər Əsəd hökumətini müdafiə edəcəyi gözlənilir.

Suriya hökuməti bildiribki, müxalifət partiyaları ölkədə ümumi tətil elan edəcəklərini bəyan edib. Suriya dövlət televiziyasının məlumatına görə, hərbçilər kütləvi nümayişlərin qarşısını alıblar, bu zaman 4 hərbçi öldürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar